Home İdman Robotlar baş məşqçi olacaq – Arsen Venger

Robotlar baş məşqçi olacaq – Arsen Venger

69
0

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger futbolun gələcəyi haqqında maraqlı açıqlamalar verib.

Peyk.az xəbər verir ki, “Bein Sports”a danışan fransalı mütəxəssis gələcəkdə baş məşqçilərin yerini robotların tutacağını deyib:

“Bunu əvvəllər də demişəm, artıq oyun ərzində qərarları sosial şəbəkələr müəyyən edəcək. Sosial şəbəkələrdən oyuna kimin daxil olub, kimin əvəzləndiyini bilmək olacaq. 20 il sonra robotlar baş məşqçilərin yerini alacaq. Onlar baş məşqçilər olacaq”.

Texnologiyanın sürətli şəkildə futbola təsir etdiyini deyən 70 yaşlı mütəxəssis, “Mən belə şeylərin olmasını istəmərəm. Bunlar mənə görə deyil, mən keçmiş nizamı sevən insanam. Robotlar 20 il sonra sizin yerinizi ala bilərlər, amma mən əlimdən gələn qədər mübarizə aparacam” deyib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here