Home Gündəm Bakıda fəhlə iş zamanı yıxılaraq xəsarət alıb

Bakıda fəhlə iş zamanı yıxılaraq xəsarət alıb

103
0

Bakıda fəhlə iş zamanı yıxılaraq xəsarət alıb.

PEYK.AZ Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda binanın fasadında təmir işləri zamanı 1 nəfərin hündürlükdən yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, 1993-cü il təvəllüdlü Yolçuyev Nemət İlqar oğlu 5ci mərtəbədən yıxılaraq piyadaların təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş taxta konstruksiyanın üzərinə düşərək xəsarət alıb. Xilasetmə tədbirləri nəticəsində N.Yolçuyev taxta konstruksiyadan düşürülüb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here