Home İdman Pelleqrini açıqladı: Onu saxlamaq istəyirik

Pelleqrini açıqladı: Onu saxlamaq istəyirik

72
0

Son olaraq Türkiyənin “Antalyaspor” klubunda forma geyinmiş, lakin uzun zamandır yaşıl meydanlardan uzaqda olan və bir müddətdir “Vest Hem”in heyətində məşqlərdə iştirak edən Samir Nəsri barədə rəsmi açıqlama verilib.

Peyk.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Vest Hem”in baş məşqçisi Manuel Pelleqrini fransalı futbolçu ilə bağlı dekabrda qərar verəcəklərini bildirib:

“Nəsriyə yenidən futbol oynamaq şansı veririk. Ümid edirəm ki, ilin sonuna qədər fiziki cəhətdən yaxşı vəziyyətə gələr. Onu “Vest Hem”də saxlamaq istəyirik”.

Orqanizmində qadağan olunmuş maddə tapıldığı üçün 18 ay müddətinə futboldan uzaqlaşdırılan fransalı yarımmüdafiəçinin cəzası dekabr ayında başa çatacaq.

Nəsri “Mançester Siti”də Pelleqrininin rəhbərliyi altında çıxış edib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here