Home Xarici Pamela Anderson Putinə müraciət etdi

Pamela Anderson Putinə müraciət etdi

70
0
Amerikalı aktrisa Pamela Anderson Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlayıb. Anderson Putini Primorsk sularında vəhşi orkaların və ağ delfinlərin ovunun qarşısını almağa çağırıb.

PEYK.Az oxu.az-a istinadən xəbər verir ki, ingilis və rus dillərində olan müraciətin mətni aktrisanın şəxsi fondunun rəsmi səhifəsində dərc olunub.

“Mən hazırda Rusiyadan gələn xəbərləri diqqətlə izləyirəm, ümid edirəm ki, bu gözəl heyvanlar tezliklə “orka həbsxanasından” azad olacaq və bu qəddar biznes növü tarixə qovuşacaq”, – deyə müraciətdə deyilir.

Aktrisa Rusiya prezidentinin xüsusi nümayəndəsi Sergey İvanovla Kremldə keçən görüşdən xoş təəssüratlarla ayrıldığını qeyd edib. Aktrisanın sözlərinə görə, həmin şəxs amur bəbirlərinin populyasiyasının bərpasına böyük töhfələr verib. Yırtıcılardan birinə Pamela adının verilməsi aktrisaya çox xoş olub.

Bundan başqa, Anderson İvanova müraciət edərək, Rusiyanın okean sularında dəniz qoruqlarının yaradılmasına kömək göstərməsini xahiş edib.

Xatırladaq ki, bundan əvvəl iyul ayında aktrisa amerikalıları rusofobiyada ittiham etmişdi.

“Rusofobiya bizdə artıq bir alətdir, onlarda isə “çeynənmiş” zarafata çevrilib. Rusiyaya səfərdə olanda məndən soruşurlar, “Görəsən, bu dəfə nə etmişik?”, – deyə aktrisa bildirmişdi.

Ötən ilin dekabr ayında Pamela Anderson Kreml səfəri və Vladimir Putinlə keçirdiyi görüş haqda jurnalistləri məlumatlandırmışdı. Aktrisa rusiyalı dövlət başçısı ilə ekoloji problemləri müzakirə etdiyini və Moskvanı bu problemlərin həllində dünya liderinə çevrilməyə çağırdığını diqqətə çatdırmışdı.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here