Home İdman Futbol əfsanəsi Bakıya gəlir

Futbol əfsanəsi Bakıya gəlir

79
0

Dekabrın 22-də Bakıda Avropa Liqasına həsr olunmuş muzey açılacaq.

PEYK.Az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, bununla əlaqədar olaraq ölkəmizə Argentina yığmasının əfsanəvi oyunçusu, “Milan”, “İnter” və “Çelsi”nin keçmiş futbolçusu Hernan Krespo təşrif buyuracaq.

Qeyd edək ki, muzey yanvarın 7-nə qədər Nizami Gəncəvi adına Azərbaycan milli ədəbiyyat muzeyinin yaxınlığında fəaliyyət göstərəcək. Maraqlananlar muzeyi pulsuz ziyarət edə bilərlər.

Xatırladaq ki, UEFA Avropa Liqasının finalı 29 may 2018-ci il tarixdə Bakı Olimpiya Stadionunda keçiriləcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here