Bakı-Sumqayıt yolunda ağır yol qəza hadisəsi baş verib.
PEYK.AZ sonxeber.aza istinadən xəbər verir ki, bildirir ki, Primetime.az-a verilən məlumata görə, Bakı-Sumqayıt yolunda, Avtovağzalın yaxınlığında 114 nömrəli marşrut xətti ilə hərəkət edən avtobus qəza törədib. Avtobus “Mercedes” markalı maşınla toqquşub. Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Hadisə yerinə təcili tibbi yardım komandası cəlb olunub.
Hadisəyə avtobus sürücüsünün diqqətsizliyi səbəb olub. Qəza yerinə polis əməkdaşları gələrək olayla bağlı araşdırma aparırlar.