Home Xarici ABŞ KXDR və Koreya Respublikasının dəmir yollarının birləşdirilməsinə razılıq verib

ABŞ KXDR və Koreya Respublikasının dəmir yollarının birləşdirilməsinə razılıq verib

144
0
ABŞ Koreya Xalq Demokratik Respublikası (KXDR) və Koreya Respublikasının dəmir və avtomobil yollarının birləşdirilməsinə razılıq verib.

PEYK.Az Yonhap agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın KXDR üzrə xüsusi nümayəndəsi Stiven Biqanın Cənubi Koreya rəsmiləri ilə görüşündən sonra bu barədə məlumat verilib.

İki Koreyanın dəmir və avtomobil yollarının birləşdirilməsi mərasimi dekabrın 26-da KXDR-in Panmun stansiyasında keçiriləcək. Dəmir və avtomobil yollarının birləşdirilməsi və KXDR-in dəmir yollarının modernləşdirilməsi barədə razılıq Koreya Respublikası Prezidenti Mun Ce-İnin sentyabrda Pxenyanda Şimali Koreya lideri Kim Çen In ilə görüşündə əldə olunub. Buna uyğun olaraq, iki tərəfin müvafiq qurumlarının məsul şəxslərinin və mütəxəssislərinin iştirakı ilə Şimali Koreyanın dəmir yolu şəbəkəsinin təftişi layihəsinin icrasına başlanılıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here