Home Xarici Moqadişoda törədilən partlayışlar nəticəsində azı 15 nəfər həlak olub

Moqadişoda törədilən partlayışlar nəticəsində azı 15 nəfər həlak olub

81
0

Somalinin paytaxtı Moqadişoda baş verən iki partlayış nəticəsində azı 15 nəfər həlak olub.

PEYK.Az xarici KİV-lərə istinadən xəbər verir ki, DPA agentliyinin yerli polis orqanlarına istinadla yaydığı məlumata görə, partlayışlar Milli Teatrın yaxınlığında törədilib. Hücum partlayıcı yüklənmiş iki avtomobil vasitəsilə həyata keçirilib.
Terror aktının məsuliyyətini ölkədə fəaliyyət göstərən “Əş-Şəbab” qruplaşması üzərinə götürüb. Hücumun hədəfi həmin ərazidə yerləşən Prezident Sarayının nəzarət-buraxılış məntəqəsi olub.

Somalinin hüquq-mühafizə orqanları hadisə ilə bağlı təhqiqata başlayıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here