Home Şou-Biznes “Şəbnəm brend geyinəndə siz hələ sənətdə deyildiniz”

“Şəbnəm brend geyinəndə siz hələ sənətdə deyildiniz”

163
0

“Belə görürəm ki, Şəbnəmin atdığı addım da nəinki sadə insanlar, hətta tanınmışlar üçün də çox maraqlıdır. Bir kəməri səhv taxdım, bütün ölkənin gündəminə çevrildim”.

Bu sözləri BiG.AZ-a açıqlamasında müğənni Şəbnəm Əsədova deyib. Xanım ifaçı geyimi ilə bağlı onu tənqid edənlərə belə cavab verib:

“İlk öncə onu deyim ki, bu tamamilə tələskənlikdən olan bir şey idi. Abartmağa ehtiyac yox idi. İkincisi isə mənə lağ etdiyini düşünənlərə demək istəyirəm ki, vaxtları olanda ağız dolusu danışdıqları sənətləri ilə məşğul olsunlar. Şəbnəm brend geyinəndə siz hələ sənətdə deyildiniz. Belə cılız mövzuları müzakirə etməklə özlərini “cool”, bacarıqlı hesab edirlər, amma görürsən ki işləri ilə bağlı ortada heç nə yoxdur. Hər kəs bilir ki, sadə xanımam, brend də geyinirəm, adi paltar da. Əsas odur mənə yaraşır. Heç kimlə işim yoxdur, sənətimlə, öz işlərimlə məşğulam. Danışanda ifamı bəyənməyənlər özlərini mənlə reklam etməyə çalışır. İnsanların kifayət qədər problemləri var. Şəbnəm əlindən gəldiyi qədər onlara köməklik göstərir. Görürəm bekarsınız, az da olsa onların dərdinə yaraya bilərsiniz. İnsanı insan edən geyim yox, onun mərhəməti, vicdanıdır”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here