Home Mədəniyyət Azərbaycanlı fotoqraflar Beynəlxalq Foto Sənəti Federasiyasının rəssamı fəxri adına layiq görülüblər

Azərbaycanlı fotoqraflar Beynəlxalq Foto Sənəti Federasiyasının rəssamı fəxri adına layiq görülüblər

86
0

Azərbaycanlı fotoqraflar, “Gilavar” Azərbaycan Foto Klubunun həmsədri Rəşad Mehdiyev və Azərbaycan Fotoqraflar Birliyinin üzvü Nadejda Cavadova Beynəlxalq Foto Sənəti Federasiyasının rəssamı (FIAP) fəxri adına layiq görülüblər.

PEYK.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, FIAP dünyada UNESCO tərəfindən tanınan yeganə fotoqrafiya təşkilatıdır. Bu qurumun fəxri adlarını əldə etmək üçün fotoqraflar xüsusi qaydalara əməl etməklə FIAP himayədarlığı altında dünyanın müxtəlif ölkələrində keçirilən fotomüsabiqələrdə iştirak etməli, onların təqdim etdiyi fotolar bədii və texniki ustalıq baxımından bəyənilməli və mükafatlar qazanmalıdır. Daha sonra FIAP Direktorlar Şurasının və bədii komissiyasının üzvlərinin böyük əksəriyyətinin səs çoxluğu və qərarı tələb olunur.

Rəşad Mehdiyevin 50-yə yaxın, Nadejda Cavadovanın isə 50-dən artıq fotosu müxtəlif ölkələrin salonlarında nümayiş etdirilib. Fotoqrafların hər biri 20-dən artıq beynəlxalq mükafat qazanıb.

Qeyd edək ki, buna qədər Azərbaycandan Beynəlxalq Foto Sənəti Federasiyasının fəxri adlarına AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov layiq görülüb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here