Home Mədəniyyət Misirin dövlət televiziyasında Azərbaycanla bağlı geniş məlumat verilib

Misirin dövlət televiziyasında Azərbaycanla bağlı geniş məlumat verilib

91
0

“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin nüfuzlu “Nil Mədəniyyət” dövlət televiziya kanalının “Mənim gecəm” proqramının qonağı olub.

PEYK.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, verilişin əvvəlində Azərbaycanın müasir simasını əks etdirən videoçarx da nümayiş olunub.

S. Nəsirov əsrlər boyu Azərbaycan xalqının başına gətirilən müsibətlərdən söz açıb.

Ulu öndər Heydər Əliyevin azərbaycançılıq siyasətindən və bütün dünya azərbaycanlılarının həmrəy olunması üçün apardığı böyük işlərdən söhbət açıb. Hər il 31 dekabrın ölkəmizdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunmasından danışıb.

Rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən söhbət açan natiq bildirib ki, Azərbaycan diasporu iki ölkə arasında əlaqələrin inkişafına çox böyük töhfələr verib. Belə ki, 2018-ci ildə Azərbaycan diasporunun 600-dən çox misirli tələbəyə Azərbaycan dilini tədris etdiyini və hazırda Qahirədəki diaspora mərkəzində aralarında misirlilər də olmaqla dünyanın 17 ölkəsindən 180-dən çox tələbəyə müxtəlif fənlərin ödənişsiz tədris olunduğunu bildirib.

Daha sonra S. Nəsirov Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıq ənənələrindən söhbət açıb.

Azərbaycanın turizm potensialından geniş söhbət açan təşkilat rəhbəri son illərdə çoxlu sayda ərəblərin ölkəmizə səyahət etdiyini bildirib.

Qeyd edək ki, S.Nəsirov hazırda Misirdə təhsil alan 54 ölkədən olan 1000-dən çox xarici tələbəyə rəhbərlik edir. 20 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqat aparır və Qahirə Universitetində Azərbaycan dilini tədris edir.

https://torq.az  Saytina kecid edin

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here