32 mindən çox sahibkar yardım üçün dövlətə müraciət edib - VİDEO

Dövlət tərəfindən koronavirus pandemiyasından zərər çəkən sahibkarlara və onların muzdlu işçilərinə yardımlara başlanılıb. Dünənə qədər yardım üçün 143 229 işçisi olan 12.457 sahibkarlıq subyekti müraciət ünvanlayıb. Dövlət Vergi Xidməti tərəfindən 10 051 vergi ödəyicisinin sorğusu araşdırılaraq təsdiq edilib. 8 309...

32 mindən çox sahibkar yardım üçün dövlətə müraciət edib - VİDEO

Dövlət tərəfindən koronavirus pandemiyasından zərər çəkən sahibkarlara və onların muzdlu işçilərinə yardımlara başlanılıb.

Dünənə qədər yardım üçün 143 229 işçisi olan 12.457 sahibkarlıq subyekti müraciət ünvanlayıb. Dövlət Vergi Xidməti tərəfindən 10 051 vergi ödəyicisinin sorğusu araşdırılaraq təsdiq edilib.

8 309 vergi ödəyicisinin bank hesablarına isə 76 min 756 muzdlu işçinin əməkhaqqı üzrə 16,64 milyon manat vəsait artıq köçürülüb. Yardım alanlar arasında fərdi sahibkarlar da var.

Dövlət Vergi Xidmətinin şöbə rəisi Tural Vəliyevin sözlərinə görə, fərdi sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 19 764 vergi ödəyicisindən müraciət daxil olub. 18 929 müraciət araşdırılaraq təsdiq edilib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib.

Aprelin 14-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən maliyyə dəstəyi çərçivəsində 13,22 milyon manat vəsaitin 15 405 fərdi sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Fərdi sahibkarlara ümumilikdə 80 milyon manat həcintellect ə yardım göstərilməsi nəzərdə tutulub. Dəstəyin minimum həddi 250, maksimum həddi isə 5000 manatdır. 2 faizlik təvazökar ləşdirilmiş vergi ödəyicisi olanlar, sabit qəbz almaqla fəaliyyət göstərənlər, o cümlədən daşıma fəaliyyəti ilə məşğul olan sahibkarlar müraciət edərək bu maliyyə proqramından yararlana bilərlər.

Ümumilikdə maliyyə dəstəyi proramından yararlanmaq üçün 32 221 vergi ödəyicisi müraciət edib. Yardım alan sahibkarlar isə göstərilən bu qayğıdan razıdırlar. Maliyyə dəstəyi proqramı çərçivəsində edilən müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə məlumat bildiriş formasında vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir.