375 həmvətənimiz Rusiyadan Azərbaycana qayıdıb

Dag.aif.ru xəbər verir ki, bu barədə Dağıstanın baş nazirinin müavini Ramazan Cəfərov respublikanın başçısı Vladimir Vasilyevlə keçirdiyi videokonfrans ;zamanı məlumat verib.

375 həmvətənimiz Rusiyadan Azərbaycana qayıdıb

Bildirilir ki, Dağıstan ərazisində vətənə qayıtmağı gözləyən 764 ;vətəndaşımızdan 375-i “Yaraq-Qazmalar” sərhəd-keçid məntəqəsindən Azərbaycana ;təxliyyə edilib.

Azərbaycanda olan Rusiya vətəndaşlarının ölkələrinə qayıtmasında da problem yoxdur:

“Səfirliyimizlə sıx əlaqədəyik. 15 gün fasilədən sonra ;səfirliyimiz ;ölkəmizə qayıtmaq istəyən Rusiya vətəndaşlarının siyahısını hazırlayır. Sabah Azərbaycandan 400-ə yaxın Rusiya vətəndaşını qəbul etməyə və 14 gün ərzində müşahidə üçün yerləşdirməyə hazırıq”, - deyə R.Cəfərov qeyd edib.

Dağıstanın başçısı V.Vasilyev bildirib ki, Azərbaycan Rusiyadan vətənə qayıtmaq istəyən şəxslər üçün xüsusi sayt açıb. Bu, onların çətinliklər olmadan sərhədi keçmələrinə imkan verəcək. /oxu.az