6 yaşlı uşaq heyvanları xilas etmək üçün 200 min dollar pul yığdı

ABŞ-dan olan altı yaşlı Ouen Kolli, palçıqdan kiçik koalalar (Avstraliyada yaşayan siçanabənzər heyvan) hazırlayır və valideynləri onları paylayıb yanğından əziyyət çəkən Avstraliya heyvanlarına ianə toplayırlar.

6 yaşlı uşaq heyvanları xilas etmək üçün 200 min dollar pul yığdı
https://peyk.az

Peyk.az UNİAN CNN-ə istinadən xəbər verir.

Oğlanın anası Kaitlin Kolli, oğlunun Avstraliyadakı yanğınlar nəticəsində heyvanların əziyyət çəkmələri haqqında eşidəndə üzüldüyünü söyləyib.

Əvvəlcə Ouen yağış altında kenqurular, koalalar və dingoes təsvir olunan rəsmlər çəkib.

Ananın izah etdiyi kimi, rəsmlər onun Avstraliyaya kömək etmək istəyinin ifadəsi olub.

Bu, valideynləri çox təəccübləndirib, çünki Ouen əvvəllər Lego və digər əyləncələrdən başqa bir şeylə maraqlanmırdı. Buna görə də oğulları ilə birlikdə meşə yanğınlarından əziyyət çəkən heyvanlara kömək etmək qərarına gəliblər. İndi Kolli ailəsi 50 və ya daha çox dollar bağışlayan hər adama bir koala göndərir.

Yanvarın 19-na olan məlumata görə, Ouen 200 min dollardan çox pul toplayıb.