673 nəfər öldü - ÖLKƏ ŞOKDA

673 nəfər öldü - ÖLKƏ ŞOKDA
https://www.peyk.az

Hindistanda iyun ayından bəri yağan musson yağışları 673 nəfərin həyatına son qoyub.

Publika.az xəbər verir ki, bu barədə “Hindustan Times” informasiya yayıb.

Xəbərə görə, son 25 ilin ən şiddətli musson yağışları böyük dağıntılara və qəzalara səbəb olub. Tələfata ən çox səbəb olan isə məhz bu dağıntılardır.

Hesabat göstərir ki, Hindistana bu il 50 illik ortalama səviyyədən 10% daha çox yağış düşüb.