75 yaşlı kişi məsciddə nazirə yer vermədi - "Bura Allahın evidir" - FOTO

Türkiyənin Ekologiya və Ətraf Mühit naziri Murat Kurum yoxlama aparmaq üçün Sinop şəhərinə səfər edən zaman gözlənilməz hadisə ilə qarşılaşıb.

75 yaşlı kişi məsciddə nazirə yer vermədi -
https://peyk.az

Peyk.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir cümə namazı qılmaq üçün şəhərin mərkəzindəki tarixi Əlaəddin Keykubat məscidinə yollanıb.

Nazir məscidə gəlmədən öncə ön sırada əyləşən 75 yaşlı sakin Bilal Göbeloğluna "bura nazir, icra başçısı və millət vəkili gələcək. Sən arxaya keç” xəbərdarlığı edilib. O isə “Bura Allahın evidir, mən namazımı həmişə burada qılıram. Kim gəlirsə gəlsin yerimdən qalxmayacağam” cavabını verib.

Məscidə gələn Kurum ön sırada müftinin yanında oturmaq istəyərkən Bilal Göbeloğlu nazirə "bura müftinin yeridir" deyərək orada oturmasına icazə verməyib. Daha sonra araya girən müfti həmin şəxsin nazir olduğu barədə kişini məlumatlandırıb.

Namazdan öncə nazirlə aralarında baş tutan söhbətlə bağlı məlumat verən ağsaqqal bildirib ki, Kurumdan məhəllədəki Yesari baba türbəsinin ətrafının uçub-töküldüyünü, onu təmir etdirməsini istəyib. Ağsaqqalın bu xahişindən sonra nazir ona kartını verib və "mənə zəng edərsən" deyib.