9 nəfər “Amanda”nın qurbanı oldu - Video

Salvador ərazisində hökm sürən “Amanda” qasırğası səbəbindən azı 9 nəfər həyatını itirib. “Peyk.AZ” “EFE” agentliyinə istinadən bildirir ki, bu bar

9 nəfər “Amanda”nın qurbanı oldu - Video

Salvador ərazisində hökm sürən “Amanda” qasırğası səbəbindən azı 9 nəfər həyatını itirib. “Peyk.AZ” “EFE” agentliyinə istinadən bildirir ki, bu barədə yerli DİN başçısı Mario Duran məlumat verib.

“Həlak olanların hesablanması davam edir”, - o deyib.

Nazir əlavə edib ki, ölkənin bəzi regionlarında elektrik enerjisinin verilişində problemlər müşahidə olunur.

Daha əvvəl Salvadorun Prezidenti Nayib Bukele qasırğa səbəbindən ölkədə 15 günlük fövqəladə vəziyyət elan olunduğunu bildirmişdi.