ABŞ 170 minlik ordunu bu ölkə ilə qarşıdurmaya hazırlayır

ABŞ Hərbi Dəniz Qoşunlarında ciddi dəyişikliyə hazırlaşır.

ABŞ 170 minlik ordunu bu ölkə ilə qarşıdurmaya hazırlayır
https://peyk.az

Peyk.az xarici mediaya istinadən xəbər verir ki, dəniz desantını dünyanın  ən böyük və güclü ordularından biri olan Çinin hərbi dəniz qüvvələri ilə qarşıdurmaya hazırlayan Birləşmiş Ştatlar, bu yöndə ciddi addımlar atmaqdadır. Belə ki, eyniylə Çinin hərbi dəniz qüvvvələri kimi çevik və mobil orduya malik olmaq üçün ABŞ-ın Hərbi Dəniz Qoşunlarında tankların istifadəsinə son qoyulması, top batareyalarının sayının azaldılması nəzərdə tutulur. Hərbi mütəxəssislər hesab edir ki, dəniz korpusu nə qədər kiçikdirsə, bu, onun çevik və effektiv fəaliyyəti üçün bir o qədər əlverişli zəmin yaradır.  

 Ağır texniak və silahları azaltmaqla paralel olaraq, gəmi əleyhinə raketlərin, pilotsuz sistemlərin, yüksək texnoloji avadanlıqların artırılması da ABŞ-ın Hərbi Dəniz Qoşunları qarşısında qoyulan əsas məsələlərdən biri hesab olunur. Bütövlükdə, Hərbi Dəniz Donanmasındakı bu islahatların 2030-cu ilə qədər başa çatdırılması, hərbi dəniz qüvvələrində xidmət edən kontingentin sayının 170 min nəfərə çatdırılması nəzərdə tutulur.

 Hazırda Çinin hərbi dəniz qüvvələri ABŞ-ın Hərbi Dəniz Donanması üçün ən başlıca rəqib hesab olunsa da, Rusiyanın dəniz desantı da əsas rəqiblərdən biri hesab olunur.