Abşeronda üç avtomobil toqquşdu xəsarət alan var

Abşeronda zəncirvari qəza baş verib.

Abşeronda üç avtomobil toqquşdu xəsarət alan var
https://peyk.az

Peyk.az-ın məlumatına görə, hadisə Bakı Mühəndislik Universitetinin yaxınlığında qeydə alınıb.

Üç avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Əliyev Heydər Mətləb oğlu xəsarət alıb. O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı H.Əliyevə döş qəfəsinin küt travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.