Almaniya 5 ölkə ilə sərhəd qapılarını bağladı

Almaniya, Fransa, İsveçrə, Avstriya, Lüksemburq və Danimarka ilə sərhəd keçidlərinin koronavirus tədbirləri çərçivəsində bağlandığını açıqlayıb.

Almaniya 5 ölkə ilə sərhəd qapılarını bağladı
https://peyk.az

Peyk.az xəbər verir ki, Almaniyanın Daxili İşlər naziri Horst Seehofer, Fransa, İsveçrə, Avstriya, Lüksemburq və Danimarka ilə sərhədlərin koronavirusa görə bağlandığını açıqlayıb.
Sərhədə qoyulan qadağanın bu səhərdən etibarən başlandığını deyən nazir Seehofer, yük daşıyan nəqliyyat vasitələrinin və sərhədi keçməyə çalışan insanların məhdudiyyətlərdən azad olduqlarını bildirib.

Nazir qonşu ölkələrdə olan alman vətəndaşlarının girişinə icazə veriləcəyini, Almaniyanın qonşularına və Avropa Komissiyasına bu barədə məlumat verildiyini söyləyib.
Qeyd edək ki, Almaniyada şənbə günü təxminən 4000 nəfərin bu virusa yoluxduğu aşkarlanıb.