Almaniya kansleri Merkel koronavirusun fəsadlarından DANIŞDI

Almaniyanın Baş naziri Angela Merkel qatıldığı Avropa İttifaqının Zirvə Görüşündə videokonfrans vasitəsilə mətbuat konfransı təşkil edib.

Almaniya kansleri Merkel koronavirusun fəsadlarından DANIŞDI
https://peyk.az

Peyk.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniya kansleri Angela Merkel yeni növ koronavirus (Kovid-19) epidemiyasının 2008-ci ildəki bank və maliyyə böhranından daha çox ölkələri çətin vəziyyətə saldığını bildirib.

Merkel eyni zamanda, koronavirusla mübarizəni Avropa Ittifaqı olaraq birlikdə həll etmək qərarına gəldiklərini ifadə edib.

Koronavirus səbəbiylə ölkədə görülən tədbirləri yüngülləşdirmək üçün hələ tez olduğunu vurğulayan Merkel, vətəndaşlarından səbirli olmalarını istəyib.

Merkelin evdə karantində vaxtını necə keçirməsi ilə bağlı suala isə, "Çox video və telefon danışıqları edirəm. Nazirlər Şurasının iclasında və üz-üzə görüşlərdə iştirak etmək üçün şəxsən darıxmışam. ''