Amerikalılara koronavirusa görə 1000 dollar veriləcək

ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin Ağ Evin koronavirus pandemiyası ilə bağlı planlarını açıqlayıb.

Amerikalılara koronavirusa görə 1000 dollar veriləcək
https://peyk.az

Peyk.az xarici mediaya istinadən xəbər verir ki, epidemioloji vəziyyətin gərginləşməsi fonunda əhaliyə dəstək məqsədilə adambaşına 1000 dollar kompensasiya veriləcək. Eyni zamanda uşaqlara 500 dollar ayrılması nəzərdə tutulur. Bu tədbirlər planı yaxın 3 gün ərzində gerçəkləşdiriləcək.

Nazirin sözlərinə görə, ABŞ hökuməti vətəndaşlara birbaşa pul ödəmələri üçün 500 milyard dollar vəsait ayıracaq.