"Atalanta" "Çelsi"nin futbolçusunu transfer etdi

“Atalanta” "Çelsi"dən icarəyə götürdüyü Mario Paşaliçin transfer hüququna yiyələnib.

"Atalanta" "Çelsi"nin futbolçusunu transfer etdi
https://peyk.az

Peyk.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, Berqamo təmsilçisi 25 yaşlı futbolçunun keçidi üçün londonlulara 15 milyon avro təzminat ödəyib. Xorvat yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Paşaliç 2018-ci ildən “Atalanta”da icarə əsasında oynayırdı. O, bu mövsüm 32 oyunda 7 qol vurub, 5 assist edib.