Aygün Kazımova:"Koronavirusa doğmaları birləşdirdiyi üçün təşəkkür edirəm"

Xalq artisti, müğənni Aygün Kazımova ölkəmizdə yayılan pandemiyaya təşəkkür edib.

Peyk.az xəbər verir ki, müğənni İctimai tv -nin qonağı olub və hazırkı pandemiyaya görə öz fikirlərini dilə gətirib:

"Deyirlər ki, hər şərdə bir xeyir var. Mən ölkədə və dünyada yaranan koronavirusun müsbət cəhətlərini gördüm. Mən elə bir insanam ki, ən böyuk dərdə də, çıxılmaz kimi deyil, bir az başqa cür yanaşıram. Koronavirusa da mənim baxışım belədir. Koranavirus insanları evinə, ailəsinə qovuşdurdu. İndi hamı daha çox evdə ailəsi ilə vaxt keçirir. Yoxsa, biz uşagımız necə böyuyür, onu heç görmürük, ana-atamız necə qocalır, görə bilmirik. Koronavirusa doğmaları birləşdirdiyi üçün təşəkkür edirəm".