Azərbaycan qaz ixracını 15% artırıb

Bu ilin yanvar-fevral ayında Azərbaycanda magistral qaz kəmərləri ilə 6063,9 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,2% artım müşahidə olunub.

Azərbaycan qaz ixracını 15% artırıb
https://peyk.az

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, qazın nəqlinin 33,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 2032,9 mln. kubmetr qaz ötürülüb ki, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə bu göstərici 18,1% artıb.

Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib. Kəmərin uzunluğu 980 km, diametri 42 düymdür.

Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz 2007-ci ilin martında vurulub. Boru kəməri 1-i Azərbaycanda, 3-ü Gürcüstanda olmaqla 4 qaz təhvili stansiyasına malikdir.