Azərbaycanda daha üç nəfərdə koronavirus AŞKARLANDI

Azərbaycan Respublikasında üç yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Azərbaycanda daha üç nəfərdə koronavirus AŞKARLANDI
https://peyk.az

Xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir.

Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırda xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında olan bütün aktiv koronavirus xəstələrinin müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq.