Bülent Ersoy evini dezinfeksiya etdirdi

Məşhur müğənni Bülent Ersoy 25 min türk lirəsi xərcləyərək, evini dezinfeksiya etdirib.

Bülent Ersoy evini dezinfeksiya etdirdi
https://peyk.az

Peyk.az xəbər verir ki, malikanəsindən kənara çıxa bilməyən müğənni, dezinfeksiya işlərindən sonra kababçıya yemək sifarişi verib.

"Gecənin yarısı ürəyim kabab istəyəndə qalxıb, restorana gedən adamam. İndi isə gedə bilmirəm. Amma restoranı evimə gətirə bilirəm. Hamımız birtəhər dözməliyik və başımızı maraqlı məşğuliyyətlərlə qatmalıyıq" deyən Bülent Ersoy hər kəsə səbir diləyib.