Bakıda ölümlə nəticələnən qəza - Sürücü qaçdı

Paytaxtın Nizami rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıda ölümlə nəticələnən qəza - Sürücü qaçdı
https://peyk.az

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, paytaxtın Nizami rayonunun B.Çobanzadə küçəsində yolu keçən 40-45 yaşlı kişi naməlum avtomobillə vurulub. Nəticədə piyada hadisə yerində ölüb.

Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.