Bakıda sərnişinlər 50-dən çox avtobusda dezinfeksiya dispenserlərini qırıb

Bakıdakı marşrut avtobuslarında sərnişinlərin əllərini dezinfeksiya etməsi üçün qoyulan dispenserləri bəzi sərnişinlər qırıb.

Bakıda  sərnişinlər 50-dən çox avtobusda dezinfeksiya dispenserlərini qırıb
https://peyk.az

Peyk.az bildirir ki, bunu sonxeber.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

M.Ağayevin sözlərinə görə, son bir neçə gündə 50-yə yaxın belə hal baş verib: "BakuBus"da belə halla gündəlik rastlaşırıq. Həmin dispenserlərin içindəki məhlulu dağıdıb yerə tökdükləri hallar da olur. Son dayanacaqda avtobusları təmizləməli oluruq. Bir neçə gün ərzində 50 avtobusda belə hal olub".
Sərnişinlər 50-dən çox avtobusda dezinfeksiya dispenserlərini qırıb -Bakıda (FOTO)