Bakıda 26 yaşlı gənci bıçaqladılar

Paytaxtın Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bakıda 26 yaşlı gənci bıçaqladılar
https://peyk.az

Peyk.az xəbər verir ki, hadisə ötən gün rayonun İ.İsmayılov küçəsi 7 ünvanında qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü E.Mirsəlimov sözügedən ünvanın yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb.

E.Mirsəlimov qarın boşluğuna daxilə nüfuz edən bıçaq yarası ilə Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.