Bakıda gənc oğlan döyülərək çənəsi sındırıldı

Bakının Nəsimi rayonunda döyülmə hadisəsi baş verib.

Bakıda gənc oğlan döyülərək çənəsi sındırıldı
https://peyk.az

Peyk.az xəbər verir ki, hadisə 3-cü mikrorayon dairəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Dadaşov Aqil Adil oğlu marketin qarşısında naməlum şəxs tərəfindən döyülüb. Onun çənə sümüyü sınıb. Yarall 1 saylı Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.