Bakıya gələn 4 nəfər müayinədən yayındı - AXTARIŞA VERİLDİ

Martın 23-də Naxçıvan-Bakı reysi ilə paytaxta gələn 4 nəfər təyin olunmuş zala gəlməyərək tibbi müayinədən yayınıblar.

Bakıya gələn 4 nəfər müayinədən yayındı - AXTARIŞA VERİLDİ
https://peyk.az

Peyk.az xəbər verir ki, onların barəsində müvafiq cəza tədbirləri təyin olunmaqla axtarış elan edilib.

Təyyarədə xarici ölkələrdən, əsasən Türkiyədən gələn şəxslər olublar.Qaydalara uyğun olaraq, xarici ölkələrdən gələn şəxslər 14-21 gün müddətinə karantinə alınır, onlar koronavirus infeksiyasına yoluxma faktının müəyyənləşdirilməsi üçün müayinədən keçirlər.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydaları pozan şəxslər barəsində cəza tədbirlərinin görüləcəyi elan edilib.