Bayram günü qayınanasını bıçaqladı

Goranboy rayonunda 25 yaşlı oğlan 39 yaşlı qayınanasını bıçaqlayıb.

Bayram günü qayınanasını bıçaqladı
https://peyk.az

Peyk.az-ın verdiyi xəbərə görə, hadisə bu gün baş verib. Tərtər rayon Düyərli kənd sakini, 1995-ci il təvəllüdlü Kürdoğlu Hüseynov qısqanclıq zəminində qayınanası, Goranboy rayon sakini, 1981-ci il təvəllüdlü Leyla İsgəndərovanın bədənin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq xəsarətləri yetirib. L. İsgəndərova xəstəxanaya yerləşdirilib. K. Hüseynov isə saxlanılıb, istintaq davam etdirilir.