Berluskoni Putinə təşəkkür etdi

İtaliya hökumətinin keçmiş Baş naziri Silvio Berluskoni Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə koronavirusla mübarizədə İtaliyaya kömək etdiyi üçün təşəkkür edib.

Berluskoni Putinə təşəkkür etdi
https://peyk.az

Peyk.az xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.

Mənbə bildirir ki, Berluskoni Rusiya dövlət başçısına təşəkkür məktubu göndərib.

“Bazar ertəsi günü Berluskoni Putinə bir məktub göndərdi. Məktubda dostuna və bütün Rus xalqına İtaliyanın bu dramatik anında Rusiyanın verdiyi köməyə görə təşəkkürünü bildirdi. Berluskoni bu jesti İtaliya və İtalyanlar üçün dostluq və sevgi naminə edilən əsl bir fədakarlıq kimi qiymətləndirdi ” deyib.