Bir qaşıq için öskürəyiniz bir anda kəsəcək

Peyk.az Türk mətbuatına istinadən, evdə öskürək siropu resepti təqdim edir.

Bir qaşıq için öskürəyiniz bir anda kəsəcək
https://peyk.az
Evinizdə təbii və üzvi maddələrlə rahatlamağı təmin edən bitki mənşəli öskürək siropu hazırlaya bilərsiniz 
 Tərkibi:
 1 ədəd soğan
 1 ədəd limon
 1 stəkan qaynadılmış və soyudulmuş su
 5 xörək qaşığı bal
 1 mixək
1 diş sarımsaq 
1 çay qaşığı darçın
 2 çay qaşığı zəncəfil 
Hazırlanması:
Soğan və sarımsağı doğrayın və bir bankaya qoyun. Üstünə 1 stəkan su əlavə edin, bankanı örtün və soğan suyunu buraxması üçün 1-2 saat gözləyin.

Bankadakı ərzaqları yaxşıca qarışdırın və süzgəclə süzün. Bankadakı suya bal və 1 limon suyu əlavə edin. Zəncəfil və darçın əlavə edib qarışdırın. Öskürək şərbətiniz hazırdır. 
İstifadəsi:
 Öskürək meydana gəldikdə, uşaqlara hazırladığınız şərbətdən gündə 1 çay qaşığı, böyüklər üçün isə 1 xörək qaşığı verə bilərsiniz.