Boş qalan bazarın işçiləri "Survivor" oynadılar- VİDEO

Karantin müddətində müştərisiz qalan bazarda işçilər "Survivor" oynamağa başladılar.

Peyk.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda karantinə görə boş qalan bazar əməlli- başlı oyun meydançasın dönüb. Belə ki, karantinə görə bazara müştərilərin gəlmədiyini görən satıcıla həmin məkanda sanki "Survivor" oyunu təşkil ediblər.
Onlar bazarda olan piştaxta və digər vasitələrdən istifadə edərək konstruksiyalar qurublar. Şərti aparıcının səsi ilə iki nəfər oyuna başlayıb.

Türkiyədə çəkilən bu görüntülər çoxsaylı izləyicilər tərəfindən həm gülüş obyektinə çevrilib, həm də qınanılıb.