Bu ölkədə komendant saatı tətbiq edildi

Ekvador hökuməti komendant saatı tətbiq edib.

Bu ölkədə komendant saatı tətbiq edildi
https://peyk.az

Peyk.az xəbər verir ki, bu məlumatı Ekvador Prezidenti Lenin Moreno yayıb.

O, koronavirusa görə ölkədə hərəkətin qadağan edildiyini bildirib. Moreno komendant saatının gecə 9-dan səhərə 5-ə qədər tətbiq edildiyini deyib. O, həmçinin şəhərlərarası nəqliyyatın, daxili uçuşların və şəxsi nəqliyyatla hərəkətin 14 günlük məhdudlaşdırıldığını söyləyib.

Ölkədə yalnız yük və təcili tibbi yardım maşınlarının məhdudiyyətsiz hərəkətinə izn verildiyi bildirilib