Bu gecədən Türkiyədə bütün obyektlər bağlanır - Koronavirusa görə

Son dəqiqə xəbərinə görə Türkiyədə də sosial izloyasiya tədbirləri həyata keçirilir.

Bu gecədən Türkiyədə bütün obyektlər bağlanır - Koronavirusa görə
https://peyk.az

Peyk.az-ın Türkiyə mətbuatına istinadla məlumatına görə, koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə bu gecədən etibarən Türkiyədə kinoteatr, restoran, kafe, gecə klubu, idman zalları, SPA, hovuz, əyləncə mərkəzləri, internet klublar və insaların kütləvi halda ola biləcəyi məkanların fəaliyyəti müvəqqəti olaraq dayandırılır.

Həmçinin, bütün toy və yas mərasimlərinin də keçirilməsi müvəqqəti olaraq qadağan edilir.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib. Ən çox ölüm halları Çin, Cənubi Koreya, İtaliya, İspaniya və İranda baş verir. Azərbaycanda 23 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 1-i ölüb, 6 nəfər isə sağalıb.