Bu tərəvəz rasionumuza mütləq daxil edilməlidir

Çox vaxt supermarketdə sağlamlıq üçün çox əhəmiyyətli məhsulların qarşısından düz keçirik, onlara heç əhəmiyyət belə vermirik.

Bu tərəvəz rasionumuza mütləq daxil edilməlidir
https://peyk.az
Bunlardan biri də gül kələmidir.
Bu tərəvəz sağlam karbohidratlar, lif, antioksidanlar, vitaminlər, kalium, kalsium və dəmir bazasıdır. Bu dəfə sizə gül kələminin faydaları, bişirilmə qaydası haqqında material hazırlamışıq.

Faydaları nədir?
İltihabi prosesləri dayandırır. Kələmin digər rəngli növləri kimi gül kələmindəki antioksidanlar hüceyrə divarlarını gücləndirməklə zəngindir, bu da zərərlərdən qorunmağa və oksidləşdirici proseslərin qarşısını almağa kömək edir. Bu, immunitet sisteminin zəifləməsinin qarşısını alır və xroniki xəstəliklərin inkişaf riskini azaldır.

Qan təzyiqini tənzimləyir
Tərkibindəki sulforafan, qan təzyiqinin normallaşmasında çox vacib rol oynayır. Bundan əlavə, qan damarlarının divarlarını möhkəmləndirməyə və ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edir.

Sümükləri bərkidir
Gül kələmi sümük sərtliyində əhəmiyyəti olan K vitamini ilə zəngindir, qan laxtalanmasının qarşısını alır və qan damarlarının kalsifikasiyasına maneə törədir, onları daha elastik edir.

İmmuni sistemini gücləndirir
Gül kələminin bir hissəsi gündəlik C vitamini normasına bərabərdir (bu sitrus meyvələrindən dəfələrlə çoxdur), bədənin viruslara qarşı müqavimətini artırır, iltihablı proseslərin inkişafına mane olur və orqanizmin öz virus əleyhinə işləyən molekullarını aktivləşdirir.

Arıqlamağa kömək edir
Gül kələmi, bütün tərəvəzlər kimi, çox hissəsi karbohidratlardan ibarətdir. Buna baxmayaraq, aşağı kalorili və yüksək lif və vitamin tərkibinə görə dietoloqların ən sevimli yeməklərindən biridir. Kartof, düyü və makaron üçün əla alternativdir.

Gül kələmi necə bişirilir?
Gül kələmi püresi ola bilər. Göyərti, qara bibər və bir qaşıq zeytun yağı əlavə edərək öz buğunda bişirirsiz. Kartofdan daha az kalori olan dadlı, qidalı yemək əldə edəcəksiniz, əmin olun

Püresi sizə uyğun deyilsə, bütünlükdə hamısını az miqdarda zeytun yağı ilə qızardın, təzə və ya qurudulmuş göyərti, bibər, pomidor və ya tomat pastası əlavə edin. Bu yeməyi hətta axşam da rahatlıqla yeyə bilərsiniz, çünki gül kələminin aşağı glisemik indeksi var, buna görə qan şəkərində problemlərə səbəb olmur.

Gül kələmindən pizza üçün də əlavə edə bilərsiniz. Bundan əlavə, gül kələmini 6-8 dəqiqə bişirib , püresini duz əlavə edib 20 dəqiqə bişirib, üzərinə yumurta vura bilərsiniz. Cansıxıcı və heç cür doymadığınız pəhriz menyularına çox əla və sağlıqlı alternativdir.

Qeyd edək ki, gül kələminin rəngli növləri də mövcuddur və hamısı eyni tərkibə malikdir. 
Ayrıca, gül kələminin şirəsindən də istifadə etmək mümkündür.