Cavad Zərif: ABŞ koronavirusa qarşı qlobal mübarizəyə mane olur

Eastnews.org-un verdiyi xəbərə görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, dünən paylaşdığı statusunda ABŞ-ın İrana qarşı qanunsuz sanksiyalarından danışıb.

Cavad Zərif: ABŞ koronavirusa qarşı qlobal mübarizəyə mane olur
https://peyk.az

Cavad Zərif "Twitter" səhifəsində bildirib ki, ABŞ koronavirusa qarşı qlobal mübarizəyə mane olur:

"İran xalqı ABŞ-ın qanunsuz sanksiyalarının ləğv olunmasını istəyir. Yeganə mübarizə yolu ABŞ-ın sanksiyalarına müqavimət göstərməkdir. Etik və praktik tədbirlər tətbiq etmək lazımdır. Amerika Birləşmiş Ştatlarının terapevtik terrorizmi qlobal epidemiyaya effektiv reaksiya verməyə mane olur".

Cavad Zərif qeyd edib ki, biz zəngin bir ölkəyik, amma sanksiyalar səbəbindən təsirlənmiş insanlara xidmət etmək imkanımız yoxdur. İmkanımız olsa da sanksiyalar dərman və avadanlıq almağımıza mane olur. Tətbiq olunan bank və maliyyə məhdudiyyətləri, humanitar malları satın almağımıza imkan vermir.