Dünyaca məşhur sənətçidən Ərdoğana dəstək gəldi

Dünyaca məşhur sənətçi, amerikalı Della Miles Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başlatdığı "Biz bizə yetər Türkiyem" kampaniyasına yurd xaricindən dəstək gəlib.

Dünyaca məşhur sənətçidən Ərdoğana dəstək gəldi
https://peyk.az

Türkiyə mediasına istindən xəbər verir ki, Ərdoğanın başlatdığı yardım kampaniyasına dəstək verən Della Türkiyəyə tərif yağdıraraq "Bu çətin müddətdə birlik olmanızı alqışlayıram. Kampaniyanı sonuna qədər dəstəkləyirəm" deyib.

Miles həmçinin bütün dünyaya və Türkiyəyə fərqli dillərdə "Evdə qal" mesajı verib. Türkiyəni dinc, sülh və köməksevər bir ölkə olaraq təqdim edən Miles, həmin ölkənin möcüzələr ölkəsi olduğunu da ifadə edib.