Daha bir ölkə koronavirusa YOLUXDU

Daha bir Asiya ölkəsində koronavirusa yoluxma faktı qeydə alınıb.

Daha bir ölkə koronavirusa YOLUXDU
https://peyk.az

Peyk.az məlumat verir ki, Asiya ölkəsi olan Myanmada ilk koronavirusa yoluxma halı baş verib. Bu barədə Səhiyyə Nazirliyi mətbuata verdiyi açıqlamada iki nəfərdə  virusun əlamətləri aşkar olunub. 

Belə ki,  ölkə xaricində səfərdə olan 26 və 36 yaşlı iki kişi  karantin altına alınıb. 

Qeyd edək ki, Myanma rəhbərliyi bütün quru sərhədləri bağlayıb və ölkədəki bütün kütləvi yığıncaqlara qadağa qoyub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 196 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 382 127-yə çatıb. Bunların 102 501 nəfəri sağalıb, 16 568 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.