Daha bir klubun prezidenti koronavirusdan öldü

Niderlandın “Vitess” klubunun sabiq prezidenti Kes Bakker 76 yaşında dünyasını dəyişib.

Daha bir klubun prezidenti koronavirusdan öldü
https://peyk.az

Peyk.az-ın “De Gelderlander”ə istinadən verdiyi məlumata görə, səbəb koronavirus infeksiyası olub. 

Bakker xəstəxanaya martın 21-də çatdırılıb. Onun ağ ciyərində xərçənd şişi də olub.

Qeyd edək ki, Kes Bakker 2003 – 2004, 2008 – 2009 və 2016 – 2017-ci illərdə “Vitess”in prezidenti postunu tutub. 2017-ci ildə bu klub tarixində ilk dəfə Niderland Kubokunu qazanıb. Daha əvvəl İspaniya “Real Madrid”inin sabiq prezidenti Lorenso Sans 77 yaşında koronavirusdan vəfat edib.