Deputat seçilən icra başçısı: “Uşaqpulu” məsələsi gündəmdədir”

“Seçicilərin tələbləri çoxdur, onlar seçkiqabağı təşviqat kampaniyasında bir sıra məsələlər qaldırıblar, biz də həmin problemlərin həll edilməsi üçün əlimizdən gələni edəcəyimizə söz vermişik”.

Deputat seçilən icra başçısı: “Uşaqpulu” məsələsi gündəmdədir”
https://peyk.az

Peyk.az bildirir ki, bunu pravda.az-a açıqlamasında 123 saylı seçki dairəsindən deputat seçilən Aqil Məmmədov deyib. Deputat qeyd edib ki, müəyyən çatışmazlıqların olmasını etiraz etmək lazımdır: “Zamanla bütün problemlər aradan qaldırılacaq. “Uşaqpulu” məsələsi gündəmdədir. Ümid edirik ki, müvafiq qurumlar bu məsələyə bir də baxacaqlar”.

Qeyd: A.Məmmədov Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı olub.