Erməni nazir ukraynalıları Facebook səhifəsində qorxuya saldı

Ukrayna Daxili İşlər Nazirliyinin milliyətcə erməni olan başçısı Arsen Avakov Facebook hesabında Ukrayna hakimiyyət orqanlarını koronavirus səbəbindən karantin dövrü üçün sosial ödənişlər və mənzil-kommunal xidmətlərinə görə müavinət tətbiq etməyə çağırıb.

Erməni nazir ukraynalıları Facebook səhifəsində qorxuya saldı
https://peyk.az

Peyk.az xarici mediaya istinadən xəbər verir ki, Avakov xatırladıb ki, karantin tətbiq edildiyi üçün müəssisələr bağlanır, insanlar işsiz qalır və bir aydan sonra onlarda çox az miqdarda vəsait olacaq.

“Dürüst olaq, Ukraynadakı insanların çoxunun ehtiyat pulu yoxdur. Bir çox ailələr, necə deyərlər, maaşdan maaşa yaşayır. Bizdə isə koronavirus və karantin var …” deyib.

Nazirin sözlərinə görə, Ukrayna “kasıb bir ölkədir”, lakin dövlət büdcəsindən əhaliyə dəstək tədbirləri çərçivəsində işsizliyə görə təqribən ayda 2500-3000 qrivna verilməlidir:

“Bununla yanaşı 50% -75% -ə qədər bir sıra kommunal ödəmələr üçün güzəştlər edilməli, fiziki şəxslərə verilmiş kreditlər üzrə faiz dərəcələri dondurulmalıdır”.