Ermənistanda 1 aylıq fövqəladə vəziyyət elan edildi

Ermənistan hökuməti ölkənin bütün ərazisində bir ay müddətinə fövqəladə vəziyyət elan edib.

Ermənistanda 1 aylıq fövqəladə vəziyyət elan edildi
https://peyk.az

Bu barədə Ermənistan hökumətinin növbədənkənar iclasında Ədliyyə naziri Rustam Badasyan məlumat verib.

"Martın 16-sı saat 17:00-dan 16 aprel saat 09:00-a qədər respublikanın bütün ərazisində fövqəladə vəziyyət elan olunur", - nazir bildirib.

Onun sözlərinə görə, fövqəladə vəziyyət rejimi dünyada və Ermənistanda koronavirusun yayılması, həmçinin, Eçmiədzin şəhərindəki epidemioloji vəziyyətin insanların təhlükəsizliyinə və sağlamlığına təhdid olduğu nəzərə alınmaqla tətbiq edilir.