"Evdə otura-otura xanımla dava etdik"

Xəbər verdiyimiz kimi Türkiyədə 65 yaşdan yuxarı insanların küçəyə çıxması qadağan edilib.Bu yasaqlara baxmayaraq, yenə də günəşli havadan istifadə edib çölə çıxanlar var.

"Evdə otura-otura xanımla dava etdik"
https://peyk.az

Peyk.az xəbər verir ki, bələdiyyələr yaşlıların parklarda oturmasının qarşısını almaq üçün parklardakı oturacaqları yığışdırmağa başlayıblar.

Dövlətin etdiyi xəbərdarlığa baxmayaraq bir çoxları tv müxbirlərinin vəziyyətlə bağlı suallarına"mənə bir şey olmaz, yaşım 65-dən çox olsa da, özümü gənc hiss edirəm, hava gözəldir, nə qədər evdə oturmaq olar" kimi cavablar verirlər.Ən maraqlı cavabı isə 73 yaşlı Ələddin Kaya verib:

"Çində də bu virus gələndən boşanmaların sayı artıb. Vallah doğru. Evdə otura-otura xanımla dava etdik. Mən də havaya çıxdım ki hirsim soyusun" cavabını verib.