Evdən çölə çıxmayan 70 yaşlı kişidən MARAQLI ADDIM

Türkiyənin Batman şəhərində yaşayan 70 yaşlı kişi darıxmamaq üçün evdə özünə yelləncək düzəldib.

Evdən çölə çıxmayan 70 yaşlı kişidən MARAQLI ADDIM
https://peyk.az

Peyk.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə koronavirusla bağlı 65 yaşdan yuxarı insanların çölə çıxması məhdudlaşdırılıb.

Belə ki, həyat yoldaşını itirən 70 yaşlı Bayram adlı kişi evdə tək yaşayır. Koronavirusa görə evdən çölə çıxmayan yaşlı kişi maraqlı addım atıb.

O, evinin ortasında yelləncək düzəldib. Bayram evdə tək başına ürəyi sıxıldıqca o yelləncəkdə yellənir.

Bayram mətbuata açıqlamasında hər gün bu virusun məhv olması üçün Allaha dua etdiyini bildirib: "Özümü koronavirusdan qorumaq üçün çölə çıxmıram. Evdə vaxtımı maraqlı keçirmək üçün yelləncək düzəltdim. Gündə 2 saat bu yelləncəkdə vaxtımı əyləncəli edirəm".Evdən çölə çıxmayan 70 yaşlı kişidən MARAQLI ADDIM - FOTOLAREvdən çölə çıxmayan 70 yaşlı kişidən MARAQLI ADDIM - FOTOLAREvdən çölə çıxmayan 70 yaşlı kişidən MARAQLI ADDIM - FOTOLAREvdən çölə çıxmayan 70 yaşlı kişidən MARAQLI ADDIM - FOTOLAR