Fransa çempionatında mövsüm iyunun 15-də bərpa oluna bilər

“Nəyin bahasına olursa-olsun mövsümü başa çatdırmaq zəruridir. Hətta iyulda və avqustda oynamalı olsaq, ardınca isə dərhal yeni mövsümə başlamalı olsaq belə bunu etməliyik”.

Fransa çempionatında mövsüm iyunun 15-də bərpa oluna bilər
https://peyk.az

Peyk.az-ın məlumatına görə, bunu Fransa Klublar Birliyinin prezidenti Benard Kayatso deyib.

O bildirib ki, koronavirus pandemiyası üzündən dayandırılan Liqa1 iyunun ortalarından tez bərpa oluna bilməyəcək: “Klublar indi ayda 250 milyon avroya yaxın itirir. Amma vəziyyət dəyişməyənə qədər biz oynaya bilməyəcəyik. Hazırda söhbət iyul və avqustdan gedir. Ən yaxşı halda, mövsüm iyunun 15-də bərpa olunacaq. Bütün klublar üçün çox narahatam. Altı ay ərzində dövlət yardımı olmasa, peşəkar klubların yarısı müflis olacaq. Avropanın “Böyük beşlik” klubları artıq 4 milyard avro, Liqa1-də 500-600 milyon itirib”.

Qeyd edək ki, Liqa1-in koronavirus pandemiyası üzündən dayandırılması barədə qərar martın 13-də verilib.