Fransada da karantin elan olundu

Fransa Prezidenti Emmanuel Makron ölkədə karantin elan edib.

Fransada da karantin elan olundu
https://peyk.az

Peyk.az xəbər verir ki, Fransada qəbul edilən qərara əsasən, bu gündən etibarən yeni növ koronavirus (Covid-19) səbəbindən vətəndaşların evdən çıxışı məhdudlaşdırılıb, sərhədlərlər bağlanıb.

Ölkə miqyasında vətəndaşlara yaxın 15 gün ərzində yalnız market, xəstəxana və işə getmək sərbəst olacaq. Bu qərara riayət etməyənlər isə cəzalandırılacaq. Sərhədlərin isə 30 gün müddətində bağlı qalacağı bildirilib.

Qeyd edək ki, Fransada koronavirusa yoluxanların ümumi sayı 6 633-ə, ölənlərin sayı isə 148-ə çatıb.